Azərbaycan Avropa İttifaqı ölkələrindən məhsul idxalını azaldıb

2020.05.15 17:49 (UTC+04:00)

Cari ilin yanvar-aprel aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 3 milyard 571,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, 4 ayda Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 696,8 milyon dollar olub. Bu göstərici 2019-cu ilin müvafiq dövrünə nisbətən 72,4 milyon dollar azdır.