Dörd ayda Azərbaycanda 9,6 milyard dollarlıq ticarət əməliyyatları aparılıb

2020.05.15 17:40 (UTC+04:00)

Cari ilin yanvar-aprel aylarında Azərbaycanda ticarət əməliyyatlarının dəyəri 9 milyard 688,2 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ticarət əməliyyatlarının 3 milyard 381,8 milyon dolları idxalın, 6 milyard 306,4 milyon dolları isə ixracın payına düşüb.