Yanvar-aprel aylarında ölkədən 11 min tonadək şəkər tozu ixrac edilib.
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən şəkər tozunun dəyəri 4,5 milyon ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə ölkədən 4,4 milyon dollarlıq 9,8 min ton şəkər tozu ixrac edilib.