Hüquqi şəxslərə və sahibkarlara növbəti güzəşt

2020.05.15 11:53 (UTC+04:00)

"Kapital Bank" Azərbaycan Mərkəzi Bankının (AMB) çağırışına qoşularaq pandemiya dövründə hüquqi şəxslərə və sahibkarlara növbəti dəstək aksiyasını təqdim edir.

Belə ki, sentyabrın 30-dək hüquqi şəxs və fərdi sahibkarlara respublikadaxili köçürmə komissiyası 50 faiz endirilərək 0,1 faiz təyin edilib. Bu kampaniya, həmçinin sahibkar və hüquqi şəxslərin bir çox əməliyyatları onlayn edə bilməsi üçün yaradılan Müştəri Bank sistemindən qoşulanlara da şamil olunur. "Kapital Bank" kiçik və orta sahibkarlığın (KOS) inkişafına və maliyyələşməsinə böyük önəm verir. Bu səbəbdən yeni məhsullar və kampaniyalar daim müştərilərin istifadəsinə təqdim ediləcək. Bundan başqa "Kapital Bank" hər bir müştərinin istəyinə uyğun "Təməl", "Uğur", "İnkişaf" və "Zirvə" adlı sərfəli tarif paketlərini təqdim edir.

"Kapital Bank"ın KOS müştəriləri üçün nəzərdə tutulan biznes mərkəzləri "Xətai", "Səbail", "Nəsimi", "Gənclik", "Yasamal", "Mərkəz", "28 May" filiallarında, həmçinin Sədərək Ticarət Mərkəzində "Ticarət" filialı və Binə Ticarət Mərkəzindəki "Lökbatan" şöbəsində fəaliyyət göstərir. Burada KOS müştərilərə xüsusi xidmət bölməsi ilə yanaşı, müştəri menecerləri də var. Onlar sahibkarlara bankın təqdim etdiyi məhsullar barədə məlumat verməklə yanaşı, kredit, qarantiya, overdraft, faktorinq və digər maliyyələşmə məhsullarının sifarişlərini qəbul edir, biznesin inkişafı üçün maliyyə məsləhətləri və bir sıra digər xidmətlər də göstərirlər.

Bankın KOS seqmenti üçün təqdim etdiyi məhsul və xidmətlər barədə daha ətraflı məlumat almaq üçün "www.kapitalbank.az" saytında "Biznes üçün" bölməsinə, (012) 310 09 99 korporativ məlumat mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.