Apreldə Azərbaycandan MDB ölkələrinə 180,7 milyon dollarlıq məhsul göndərilib

2020.05.14 17:55 (UTC+04:00)

Apreldə Azərbaycandan MDB ölkələrinə 180,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, ötən ay Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 240,3 milyon dollar olub.