Yanvar-aprel aylarında Azərbaycan ən çox Rusiyadan məhsul idxal edib

2020.05.14 17:16 (UTC+04:00)

Azərbaycan cari ilin yanvar-aprel aylarında ən çox Rusiyadan məhsul idxal edib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, 4 ayda ölkəyə ən çox Rusiya, Türkiyə və Çindən məhsul idxal olunub. Rusiyadan idxalın dəyəri 610,4 milyon ABŞ dolları, Türkiyədən 503 milyon dollar, Çindən isə 425 milyon dollar olub.