Cari ilin yanvar-aprel aylarında ölkəyə 1673 elektriklə işləyən nəqliyyat vasitəsi gətirilib.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu nəqliyyat vasitələrindən 1654-ü daxili yanma mühərriki ilə yanaşı, elektrik mühərriki ilə də hərəkətə gətirilən, 19-u isə yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitəsidir.