Azərbaycan bu il Avropa İttifaqı ölkələrindən ən çox İtaliyaya məhsul göndərib

2020.05.14 15:57 (UTC+04:00)

Yanvar-aprel aylarında Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələri arasında ən çox İtaliyaya məhsul ixrac edib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, Azərbaycanın 4 ayda ən çox məhsul ixrac etdiyi Aİ-yə üzv ölkələr İtaliya, Yunanıstan və Xorvatiya olub. İtaliyaya ixrac olunan məhsulların dəyəri 2 milyard 405,6 milyon ABŞ dolları, Yunanıstana 228,1 milyon dollar, Xorvatiyaya isə 190,6 milyon dollar olub.