Cari ildə Azərbaycan 4,8 milyard dollarlıq xam neft və neft məhsulları ixrac edib

2020.05.14 14:00 (UTC+04:00)

Yanvar-aprel aylarında Azərbaycandan 11 milyon 839,7 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. İxrac edilən neft və neft məhsullarının dəyəri isə 4 milyard 821 milyon ABŞ dolları olub.

Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Xatırladaq ki, 2019-cu ilin eyni aylarında ölkədən 12 milyon 61,6 min ton xam neft və neft məhsulları ixrac olunmuş, ixracın dəyəri 5 milyard 678,7 milyon dollar təşkil etmişdi.