Kimya sənayesi məhsullarının ixracı artır

2020.05.14 15:21 (UTC+04:00)

Cari ilin ilk 4 ayında Azərbaycandan 183,3 min ton kimya sənayesi məhsulları ixrac edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, ixrac edilən kimya sənayesi məhsullarının dəyəri isə 26,5 milyon ABŞ dolları olub.

Xatırladaq ki, 2019-cu ilin eyni aylarında ölkədən ixrac olunan 104,2 min ton kimya məhsullarının dəyəri 24,3 milyon dollar təşkil etmişdi.