Yanvar-aprel aylarında ölkədən 58,9 min ton tomat ixrac olunub.
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən məhsulun dəyəri 73,3 milyon ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə ölkədən dəyəri 49,6 milyon dollar olmaqla 41,8 min ton tomat ixrac edilib.