Mayın 13-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankın (AMB) 50101879S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən bildirilib ki, hərrac zamanı 4 investor tərəfindən qiymət aralığı 99.4585 AZN (7 faiz) və 99.4773 AZN (6.76 faiz) olan 7 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 136 milyon 530 min 600 AZN olub. AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99.4585 AZN (7 faiz), orta ölçülmüş qiyməti 99,4647 AZN (6.92 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 136 milyon 530 min 600 AZN təşkil edib. Notlar iyunun 6-da ödəniləcək.