İnflyasiyanı ilin sonunadək məqsədlər və hədəf çərçivəsində proqnozlaşdırırıq

2020.05.13 11:45 (UTC+04:00)

Cari ilin ilk 4 ayında Azərbaycanda orta illik inflyasiya 3 faiz təşkil edib. Bu, Mərkəzi Bankın və hökumətin hədəfindən aşağıdadır.

Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov mayın 13-də keçirdiyi mətbuat konfransında deyib.

"İnflyasiyanı ilin sonunadək məqsədlər və hədəf çərçivəsində proqnozlaşdırırıq. Biz makroiqtisadi sabitlik, inflyasiya, məşğulluğa dəstəklə bağlı balanslı mövqe tutmağa çalışırıq", - deyə E.Rüstəmov qeyd edib.