Dörd ayda kredit portfeli 1,9 faiz artıb

2020.05.13 11:31 (UTC+04:00)

Cari ilin yanvar-aprel aylarında ölkədə kredit portfeli 1,9 faiz artıb.

Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov mayın 13-də keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, artımın əsas mənbəyi biznes kreditləri olub. Bu müddətdə ipoteka kreditləri 4,1 faiz artıb, istehlak kreditləri isə 4,1 faiz azalıb.