Sahibkarlara maliyyə dəstəyi davam etdirilir

2020.05.13 10:07 (UTC+04:00)

Maliyyə Nazirliyindən bildirilib ki, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün dövlət büdcəsindən 21 tranş çərçivəsində ümumilikdə 96 milyon 106 min manat ayrılaraq maliyyələşməsi həyata keçirilib.

Sahibkarların müraciəti ilə İqtisadiyyat Nazirliyi tərəfindən formalaşdırılaraq təqdim olunmuş sifarişlər əsasında Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının ödənilməsi üçün 21 min 817 vergi ödəyicisinə 43 mln. 585 min manat, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 87 min 300 fərdi (mikro) sahibkara 52 mln. 515 min manat olmaqla, ümumilikdə 109 min 117 vergi ödəyicisinə vəsaiti onların müvafiq agent banklarda olan hesablarına köçürüb.