Mayın 12-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0104005779 ISIN-li, 33 milyon 398 min manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən bildirilib ki, hərrac zamanı 13 investor tərəfindən qiyməti intervalı 83.6389 AZN (20.0561 faiz) və 92.3442 AZN (8.5 faiz) olan 21 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 90.7183 AZN (10.49 faiz), orta ölçülmüş qiyməti 91.3749 AZN (9.6778 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 36 milyon 233 min 800 AZN, yerləşdirilmiş həcmi isə 25 milyon 737 min 300 manat təşkil edib.
İstiqrazlar gələn il mayın 4-də ödəniləcək. Hərrac iştirakçıları mayın 13-də (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.