Koronavirus (COVID-19) pandemiyası dövründə elektron ticarətə (e-commerce) artan tələb, mikro, kiçik və orta sahibkarların onlayn satış sahəsində proqram təminatı barədə məlumatlandırmaya olan ehtiyacı nəzərə alınaraq Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən onlayn tədbir keçiriləcək.
KOBİA-dan bildirilib ki, mayın 13-də saat 15.00-da "Zoom" proqramı vasitəsilə təşkil olunacaq onlayn tədbirdə onlayn satış platformalarının yaradılması üzrə mütəxəssislər tərəfindən "e-commerce"in əhəmiyyəti, daha az xərclə elektron satış platformasının yaradılması və bu sahədə yerli şirkətlər tərəfindən təklif olunan proqram təminatı barədə KOB-lar məlumatlandırılacaq, onları maraqlandıran suallar cavablandırılacaq.
Onlayn tədbirdə iştirak etmək üçün: https://us02web.zoom.us/j/84358091973?pwd=YUg4amE5. (parol: 620650)