Dünyanın ən böyük suveren fondu olan Norveçin Pensiya Fondunun tarixində ilk dəfə aktivlərini satmaq barədə radikal qərar verməsi koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə atılan addımlar və neftin qiymətinin aşağı düşməsi səbəbindən yaranan ölkənin büdcə kəsirini kompensasiya etmək məqsədi daşışıyır.
Ölkədə maliyyə sabitliyini və iqtisadi tarazlığı qorumaq üçün yollar axtaran hökumətin hesablamalarına görə, büdcə kəsiri 201 milyard kron (20 milyard dollar) olacaq.
Qeyd edək ki, Norveçin Pensiya Fondunun aktivlərinin dəyəri hazırda 1 trilyon dollardır.