İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 28 min 818 ipoteka krediti verilib

2020.05.11 10:57 (UTC+04:00)

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

Fonddan bildiriblər ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 28 min 818 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 456 milyon 598,6 min manat təşkil edir.