ATV ilə Vergilər Nazirliyinin birgə layihəsi olan "İqtisadi zona" proqramının növbəti buraxılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Baş prokuror Kamran Əliyevlə video formatda görüşü, koronavirus pandemiyasından zərər çəkən sahibkarlıq subyektlərinə dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsi, xüsusi karantin rejiminin müddətinin uzadılması və vətəndaşların diqqət yetirməli olduqları məqamlar, lisenziyası ləğv edilmiş və Mərkəzi Bankın nəzarətinə götürülmüş banklardan əmanətlərin qaytarılması, xüsusi karantin rejimi ilə bağlı yardımların ünvanlarına çatdırılmasında ortaya çıxan gözlənilməz uyğunsuzluqların aradan qaldırılması haqqında süjetlər nümayiş etdirilib.
Proqramın qonağı Azərbaycan Banklar Assosiasiyasının Hüquq-ekspert qrupunun rəhbəri Qorxmaz Ağayev iki bankın lisenziyasının ləğv edilməsi və Mərkəzi Bank tərəfindən iki banka nümayəndə təyin edilməsi ilə bağlı maraq doğuran suallara aydınlıq gətirib.