Fransa mayın 11-də təcridolma rejimindən çıxsa da ictimai nəqliyyatdan istifadə etmək üçün sərnişinlər işə getdiklərini əsaslandırmaq üçün rəhbərlərinin verdiyi arayışı təqdim etməli olacaqlar.
Fransanın nəqliyyat üzrə Dövlət katibi Batist Cabbari deyib ki, ictimai nəqliyyatdan istifadə etmək üçün sərnişinlər mütləq sahibkarın verdiyi arayışı təqdim etməli olacaqlar. Arayışda işin başlama və bitmə saatları da qeyd edilməlidir.
Bildirilib ki, məqsəd ictimai nəqliyyatda sərnişin sıxlığının qarşısını almaqdır. Hələ ki, arayış olmadıqda hər hansı bir cərimə nəzərdə tutulmayıb. Ancaq nəzarətçilər arayış olmayan sərnişinlərin nəqliyyatdan istifadə etmələrinə icazə verməyə bilərlər.