ABŞ-ın ticarət danışıqları üzrə təmsilçisinin aparatı 146 adda məhsulu 2018-ci ilin sentyabr ayından gömrük rüsumları tutulan məhsulların siyahısından müvəqqəti şəkildə çıxarıb. ABŞ-ın Federal Reyestrinin saytında yerləşdirilmiş sənəddə göstərilib ki, bu qərarı qəbul edərkən ABŞ hökuməti ölkə şirkətlərinin bir sıra tələblərini yerinə yetirib. 200 milyard dollar dəyərində mallar gömrük rüsumlarından müvəqqəti azad edilərkən bir sıra amillər nəzərə alınıb ki, bu amillərdən biri də həmin malların yalnız Çində istehsal olunmasıdır.
Malların siyahıdan çıxarılması avqustun 7-dək qüvvədə olacaq. Siyahıdan çıxarılan mallar arasında 34 növ ərzaq məhsulu, qranitdən hazırlanmış su çanaqları, avtomobil güzgüləri və uşaq stulları var.
Qeyd edək ki, ABŞ ilə Çin arasında ticarət mübahisələrinin yoluna qoyulması üçün sazişin birinci mərhələsi fevral ayının 14-də qüvvəyə minmişdi və ilk mərhələdə bir sıra mallara tətbiq olunan rüsumlar ləğv edilmişdi.