Fransanın maliyyə naziri Bruno Le Mer Avropada nəhəng rəqəmsal şirkətlər üçün vergi şlakası müəyyənləşdirməyə çağırıb. Hazırda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) himayəsi ilə 140-a yaxın ölkə transsərhəd vergiqoyma barədə yeni saziş üzərində danışıqlar aparılır. İqtisadiyyat naziri Koronavirus pandemiyasının iqtisadi nəticələri ilə əlaqədar indi Fransanın milli iqtisadiyyatının qorunmasına daha artıq diqqət yönəldilməli olduğunu qeyd edib: "Hazırkı böhran göstərir ki, indi işləri qaydasında olan şirkətlər rəqəmsal nəhənglərdir. Sadəcə, ona görə ki, onlar böhran dövründə də işləyir və daha az vergi ödəyirlər".