Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

2020.05.07 16:09 (UTC+04:00)

Mayın 12-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən bildirilib ki, diskontlu, qısamüddətli dövlət istiqrazlarının emissiya həcmi 33 milyon 398 min manat, nominal dəyəri 100 manat, tədavül müddəti 364 gündür. İstiqrazlar 2021-ci il mayın 4-də ödəniləcək. "PAŞA Kapital" İnvestisiya Şirkəti QSC anderrayter vəzifəsində çıxış edir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qəbul edilməsinə icazə verilir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.