Azərbaycan neftinin bir bareli 29,47 dollara satılır

2020.05.07 10:57 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

"Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,07 dollar ucuzlaşaraq 29,47 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.