Bələdiyyə torpaqlarının müsabiqə və hərraclarının keçirilmə vaxtı açıqlanıb

2020.05.06 17:03 (UTC+04:00)

Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq tətbiq edilən bir sıra məhdudiyyətlərin mayın 4-dən yumşaldılmasına dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını nəzərə alaraq, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarda 29 mart, 2 aprel, 9 aprel, 16 aprel və 23 aprel tarixlərində təxirə salınmış torpaq müsabiqə və hərraclarının mayın 14-də keçirilməsi karantin rejiminin tələbləri nəzərə alınmaqla təşkil ediləcək.

Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən bildirilib.