Fransa-Azərbaycan Biznes Şurasının onlayn seminarı keçiriləcək

2020.05.06 14:05 (UTC+04:00)

Fransa Sahibkarlar Təşkilatı – MEDEF-in Fransa-Azərbaycan Biznes Şurası və Azərbaycanın İqtisadiyyat Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Fransa-Azərbaycan Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə mayın 12-də onlayn seminar keçiriləcək.

Seminar Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov və "MEDEF International"ın Biznes Şurasının baş direktoru Filip Qotyenin sədrliyi ilə keçiriləcək.

Neft qiymətlərinin aşağı düşdüyü və COVID-19 böhranı vəziyyətində təşkil edilən görüşdə mövcud iqtisadi vəziyyət və ondan çıxma yolları müzakirə ediləcək.

Onlayın seminarın proqramında Azərbaycan iqtisadiyyatı və COVID-19 böhranının iqtisadi fəaliyyətə təsirini yüngülləşdirmək və iqtisadiyyatın yenidən inkişafı üçün görülən tədbirlərin qiymətləndirilməsi, mövcud iqtisadi kontekstin dövlət büdcəsinə, investisiya layihələrinə, habelə özəlləşdirmə və islahat proqramlarına təsirinin daha dərindən öyrənilməsi, fransız şirkətlərinin layihələri və iqtisadiyyatın davamlılığı və şaxələndirilməsinin möhkəmləndirilməsinə bu şirkətlərin necə töhfə verə bilməsi, Fransa-Azərbaycan Ticarət və Sənaye Palatasının fəaliyyəti və təqdimatları sayəsində insan resurslarının idarə edilməsi, gömrük prosedurları baxımından böhranın nəticələrinin müfəssəl öyrənilməsi kimi məsələlər yer alacaq.