Ünvanlı sosial yardım proqramı 82 min ailəni əhatə edir

2020.05.06 12:36 (UTC+04:00)

Ölkəmizdə ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsi genişləndirilir. Bu ilin aprel ayında əlavə 12 min ailə həmin proqrama cəlb edilib. Hazırda 82 mindən çox ailənin 342 min üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin edilir.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazirin verdiyi məlumata əsasən, hər ailəyə aylıq orta hesabla 224 manat sosial yardım ödənilir. Bununla yanaşı, işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi və 20 min nəfəri əhatə etməsi üçün qanunvericiliyə dəyişikliklər edilir.