Paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 1,2 milyard manat olub

2020.05.05 18:38 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri keçən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,3 faiz azalaraq 1 milyard 224,3 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 901,6 milyon manatlıq xidmət göstərilib, bu da xidmətlərin ümumi dəyərinin 73,6 faizini təşkil edib.