Yanvar-mart aylarında Bakının ticarət dövriyyəsi artıb

2020.05.05 18:19 (UTC+04:00)

Birinci rübdə paytaxtın ticarət dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz artaraq 5 milyard 124,6 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 0,9 faiz artaraq 2 milyard 378,3 milyon manata, qeyri-ərzaq məhsullarının dəyəri isə 1,1 faiz artaraq 2 milyard 746,3 milyon manata bərabər olub. İstehlak məhsullarının 30,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 20,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 48,5 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.