Maliyyə Nazirliyinin qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

2020.05.05 17:33 (UTC+04:00)

Mayın 5-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104005779 ISIN-li, 50 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən bildirilib ki, hərrac zamanı 23 investor tərəfindən qiyməti intervalı 80,7308 AZN (24 faiz) və 92,6300 AZN (8 faiz) olan 37 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 90,5530 AZN (10.49 faiz), orta ölçülmüş qiyməti 91,0440 AZN (9.89 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 93.018.400 AZN, yerləşdirilmiş həcmi isə 16.602.000 manat təşkil edilib. İstiqrazlar gələn il mayın 4-də ödəniləcək. Hərrac iştirakçıları mayın 6-da (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.