Dörd ayda qiymətli kağızlar üzrə keçirilən əməliyyatların həcmi açıqlanıb

2020.05.05 15:16 (UTC+04:00)

Bakı Fond Birjasında (BFB) yanvar-aprel ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 3 milyard 3,2 milyon manat təşkil edib.

BFB-dən bildirilib ki, 2019-cu ilin müvafiq dövründə isə əməliyyatların həcmi 5 milyard 33,6 milyon manat olub.

Bu ilin yanvar-aprel ayları üzrə dövlət qiymətli kağızların (Mərkəzi Bank və Maliyyə Nazirliyi) ilkin bazarında yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olunmasına baxmayaraq, ümumi təkrar bazar üzrə ticarət həcmində 293 faiz, repo əməliyyatları üzrə isə 110 faiz artım qeydə alınıb.