Vergidən yayınan futbolçu həbs edilib

2018.11.30 16:05 (UTC+04:00)

Futbol üzrə Misir milli komandasının keçmiş oyunçusu Muhammed Əbu Trika öz ölkəsində bir il həbs cəzasına məhkum edilmişdir.

Ölkənin maliyyə və ticarət işləri üzrə məhkəməsi futbolçunu özünə aid şirkətdə 2008-2009-cu illərdə 710 min cüneyh (təxminən 40 min ABŞ dolları) həcmində vergi yayındırdığına görə həbs etmişdir. Məhkəmə bu cəzanın şərti çəkilməsi üçün Əbu Tirkanın 20 min cüneyh (1.120 dollar) ödəməsi barədə qərar çıxarmışdır. Hazırda Qətərdə yaşayan futbolçunu məhkəmədə vəkilləri təmsil etmişdir. Qahirə Cəza Məhkəməsi bu ilin may ayında aralarında Əbu Tirkanın da olduğu 1.529 nəfəri qanundankənar təşkilat kimi tanınan Müsəlman Qardaşlar Təşkilatına ("İxvan") üzv olmaqda ittiham edərək 5 il müddətinə terror siyahısına daxil etmişdi.