Cari ilin əvvəlindən mayın 1-dək Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) "Şahdəniz" yatağı üzrə təbii qazın satışından əldə etdiyi gəlir 59 milyon dollar olub.
Bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib. Qeyd olunub ki, yanvar-aprel aylarında Neft Fondunun "Şahdəniz" üzrə kondensatın satışından əldə olunan gəliri isə 112 milyon dollar təşkil edib.