Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi ödəyiciləri muxtar respublikanın Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinə (vergi.nakhchivan.az) daxil olaraq, Fərdi sahibkarlara (mikro) dəstək proqramı üzrə müraciət və Əmək ödənişləri ilə bağlı dəstək proqramı üzrə müraciətə uyğun keçidi seçməklə vergi ödəyicilərinə verilən istifadəçi kodu, şifrə-parol, "asan imza" və ya elektron imza ilə elektron kabinetə daxil olub, onlayn qaydada elektron ərizə ilə xidmətə müraciət edə bilərlər.