"Ata Bank" və "Amrah Bank"da yerləşdirilən sığortalı əmanətlər qanunvericiliyə uyğun müddətdə əmanətçilərə qaytarılacaq

2020.05.01 17:42 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 2020-ci il 28 aprel tarixli qərarı ilə "Ata Bank" ASC və "Amrah Bank" ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilib.

"Ata Bank" ASC və "Amrah Bank" ASC-də yerləşdirilən sığortalı əmanətlər Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən qanunvericiliyə uyğun müddətdə əmanətçilərə qaytarılacaq. Əmanətlərin qaytarılması üçün sənəd qəbulunun yeri və vaxtı barədə əlavə məlumat veriləcək.

Bu barədə Əmanətlərin Sığortalanması Fondundan bildirilib.