Ticarətlə məşğul olan sahibkarların sosial öhdəliyi əhəmiyyətli dərəcədə azaldılır

2020.05.02 11:17 (UTC+04:00)

Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən, pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəşti və tətillərinin verilməsi, bununla əlaqədar vergi və sosial qanunvericiliyə dəyişikliklərin edilməsi nəzərdə tutulur.

İqtisadçı Qalib Toğrul bildirib ki "Sosial sığorta haqqında" Qanuna təklif edilən dəyişikliklərə əsasən, ticarət fəaliyyəti üzrə sahibkarlıqla məşğul olan şəxslər 1 aprel 2020-ci ildən sabit qaydada sosial sığorta haqqı ödəməlidirlər. Bunun üçün minimum aylıq əməkhaqqının 25 faizinin:

Beləliklə, qanun təsdiq olunandan sonra ticarətlə məşğul olanlar Bakıda 62,50 manat, Sumqayıt və Gəncədə 56,25 manat, digər şəhərlərdə (məsələn, Mingəçevirdə) 50 manat, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə (məsələn, Oğuz şəhərində) 37,50 manat, kənd yerlərində isə (məsələn, Oğuz rayonunun Bucaq kəndində) 31,25 manat məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər. Digər sahələrdən fərqli olaraq, ticarət fəaliyyəti ilə məşğul olanların sosial öhdəliyi 1 yanvar 2021-ci ildən dəyişməyəcək.

Xatırladaq ki, 2020-ci il yanvarın 1-dən qüvvədə olan qanunvericiliyə əsasən, ticarət sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektləri minimum aylıq əməkhaqqının 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər. Burada heç bir diferensiasiya nəzərdə tutulmayıb.

Fərqanə ALLAHVERDİQIZI