Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

2020.05.01 14:18 (UTC+04:00)

Mayın 5-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət qısamüddətli istiqrazları üzrə hərrac keçiriləcək.

BFB-dən bildirilib ki, diskontlu, qısamüddətli dövlət istiqrazlarının həcmi 50 milyon AZN nominal dəyəri 100 AZN, istiqrazların tədavül müddəti 364 gündür. İstiqrazlar 2021-ci il mayın 4-də ödəniləcək. "Paşa Kapital İŞ" QSC anderrayter vəzifəsində çıxış edir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qəbul edilməsinə icazə verilir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.