Mərkəzi Bank uçot dərəcəsini dəyişməyib

2020.05.01 12:56 (UTC+04:00)

Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin dəyişməz saxlanılması barədə qərar qəbul edib.

Bu barədə mayın 1-də keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

O bildirib ki, uçot dərəcəsi 7,25 faiz səviyyəsində saxlanılıb. Faiz dəhlizinin yuxarı həddi isə 9 faizdən 8 faizə endirilib.