İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İslahat icmalı"nın xüsusi buraxılışı koronavirus (COVID-19) pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı maliyyə bazarları üzrə kompleks tədbirlərə həsr olunub.
Mərkəzdən bildirilib ki, İİTKM-in maliyyə analitiki Ayaz Museyibov bildirir ki, icmalda pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Mərkəzi Bankın maliyyə bazarılarına dəstək istiqamətində qəbul etdiyi proqram üzrə – requlyativ tətil, istehlakçı hüquqlarının qorunması, rəqəmsallaşmaya keçidin sürətləndirilməsi, maliyyə inklüzivliyinin artırılması, onlayn xidmət kanallarının təşviqi, maliyyə intizamının qorunması, maliyyə dayanıqlılığına dəstək istiqamətində icrası nəzərdə tutulan tədbirlər əks edilib.
"İslahat icmalı" nda maliyyə bazarları üzrə icrası nəzərdə tutulan tədbirlər-bank sektoru, sığorta bazarları və kapital bazarları üzrə təqdim edilməklə detallaşdırılmış formada təqdim olunub.
İcmal ilə aşağıdakı linkdən tanış olmaq mümkündür: https://bit.ly/3d7PNf4