POS-terminalların sayı çoxalıb

2020.04.30 16:55 (UTC+04:00)

2020-ci ilin mart ayında sahibkarlıq subyektlərində istifadə edilən POS-terminalların sayı artıb. Mərkəzi Bankın statistik bülleteninə əsasən, ticarət və xidmət obyektlərində 71 min 127 POS-terminal istifadə edilib. Bu, fevral ayı ilə müqayisədə 1037 ədəd çoxdur.

Bu ilin martında istifadədə olan POS-terminalların 69 min 636-sı pərakəndə ticarət obyektlərinin payına düşüb. Onların 42 min 525-i paytaxtdakı obyektlərdə olub. Ümumilikdə, martda istifadədə olan POS-terminalların 43 min 363 ədədi Bakıda, 27 min 764 ədədi isə regionlarda olub.