Nağdsız ödənişlərin həcmi kəskin artıb

2020.04.30 16:30 (UTC+04:00)

2020-ci ilin mart ayında Azərbaycanda nağdsız ödənişlərin həcmi fevral ayı ilə müqayisədə 89 milyon manat artaraq 507 milyon manat olub. Mərkəzi Bankın aylıq hesabatına əsasən, POS-terminallarla ödənişlərin həcmi fevral ayındakı 125 milyon manatdan 179 milyon manata qalxıb. Martda bankomatlar vasitəsilə reallaşdırılan nağdsız ödənişlərin həcmi isə 5 milyon manat artaraq 23 milyon manat olub.

Bu ilin fevral ayında 276 milyon manatlıq elektron ticarət əməliyyatı aparıldığı halda, martda bu göstərici 305 milyon manat olub. Kredit kartları ilə aparılan əməliyyatların həcmi də artaraq 161 milyon manat təşkil edib.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycanda nağdsız ödənişlərin ümumi həcmi 4 milyard 479 milyon manat olmuşdu.