2020-ci ilin mart ayında dövriyyədə olan ödəniş kartlarının ümumi sayı artaraq 7 milyon 855 min ədəd olub. Mərkəzi Bankın hesabatına əsasən, kredit kartlarının və sosial kartların sayında son aylarda artım qeydə alınıb.
Fevralda 890 min ədəd olan kredit kartlarının sayı mart ayında 930 minə, sosial kartların sayı isə 2 milyon 723 mindən 2 milyon 754 minə çatıb.
Bu ilin mart ayında debet və kredit kartları ilə aparılan əməliyyatların sayı və həcmi artıb. 18 min 537 əməliyyat vasitəsilə ümumilikdə 2 milyard 673 milyon manat ödəniş edilib. Fevralda bu kartlarla ödənişin həcmi 2 milyard 216 milyon manat olmuşdu.