"İqtisadi zona" proqramının 26 aprel 2020-ci il tarixli buraxılışı Video

2020.04.30 15:22 (UTC+04:00)

ATV ilə Vergilər Nazirliyinin birgə layihəsi olan "İqtisadi zona" proqramının növbəti buraxılışında 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, İqtisadiyyat naziri Mikayıl Cabbarovun aprelin 25-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqi, istehlak və ipotela kreditləri ilə bağlı nəzərdə tutulan güzəştlər barədə Mərkəzi Bankın açıqlaması, xüsusi karantin rejimi ilə bağlı ortaya çıxan gözlənilməz uyğunsuzluqların aradan qaldırılması haqqında süjetlər nümayiş etdirilib.

Proqramın qonağı Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva pandemiyanın təsiri ilə bağlı yeni iqtisadi şəraitdə görülən tədbirlər, sahibkarlar üçün nəzərdə tutulan vergi güzəştləri və tətillər mövzusunda maraq doğuran suallara aydınlıq gətirib.