Hindistan və Cənubi Koreya arasında ikiqat vergitutmanın aradan qaldırılması barədə saziş qüvvəyə minib

2019.02.03 16:57 (UTC+04:00)

Hindistanın Gəlir Vergiləri Departamentinin yaydığı informasiyaya görə 2015-ci il may ayının 18-də imzalanmış saziş artıq qüvvəyə minib. Hindistanın bu yaxınlarda imzaladığı digər sazişlərlə müqayisədə iki ölkə arasında imzalanmış ikiqat verginin aradan qaldırılması ilə bağlı bu saziş səhm kapitalının 5 faizindən artıq təşkil edən səhmlərin satılması zamanı kapital artımından əldə edilən gəlirlərin vergiyə cəlb olunmasını nəzərdə tutur. Saziş qarşılıqlı razılaşma proseduru vasitəsilə transfer qiymətləndirmənin həlli mexanizmini də ehtiva edir. Qarşılıqlı anlaşma memorandumunda işlərə baxılması dövründə vergi yığılmasını dayandırmaq barədə təklif var.

Saziş royaltidən, texniki xidmət və faiz yığımlarından tutulan vergilərin 15 faizdən 10 faizə salınmasını təmin edir. Sənəd ölkələrə ilkin qiymətləndirmə barədə ikitərəfli saziş imzalamağa imkan yaradır və vergi güzəştləri üzrə yeni məhdudlaşdırmaları və sui-istifadə hallarına qarşı mübarizə barədə təlimatı əhatə edir.