Bugünkü valyuta hərracında tələb 69,2 milyon dollar olub

2020.04.30 14:02 (UTC+04:00)

Aprelin 30-da Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən bildirilib ki, hərracda tələb 69,2 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi isə 1,7000 səviyyəsində formalaşıb.