Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

2020.04.29 18:14 (UTC+04:00)

Aprelin 28-də “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0105008780 ISIN kodlu, tədavül müddəti 728 gün olan 15 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.

Nazirlikdən bildirilib ki, tam olaraq yerləşdirilmiş 15 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 93.1947 AZN (gəlirlilik 11.9245 faiz) səviyyəsində müəyyən edilib.

İstiqrazların ödəmə müddəti 2022-ci il aprelin 26-sıdır.