Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

2020.04.29 18:02 (UTC+04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101679S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən bildirilib ki, hərrac zamanı 11 investor tərəfindən qiymət 99,4773 AZN (6.76 faiz) olan 17 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 333.095.400 AZN olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti və ölçülmüş qiyməti 99,4773 AZN (6.76 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon AZN təşkil edib. Notlar mayın 27-də ödəniləcək.