60 min şəxs ödənişli ictimai işlərə cəlb olunub

2020.04.29 17:38 (UTC+04:00)

Prezident İlham Əliyevin tapşırığına əsasən ödənişli ictimai iş yerlərinin 37 mindən 90 minə çatdırılması istiqamətində işlər davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib ki, həmin işlərdə çalışanların sayı artıq 60 minə yaxındır və bu say 90 minə çatdırılacaq.