Martda Azərbaycandan Avropa İttifaqı ölkələrinə 557,5 milyon dollarlıq məhsul göndərilib

2020.04.29 16:14 (UTC+04:00)

Martda Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 557,5 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, ötən ay Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 181 milyon dollar təşkil edib.